QRKart · tədbir infrastrukturu

QrTədbir nədir?

Tədbirin yaradılmasından bilet satışına, QR giriş nəzarətindən maliyyə və remarketing analitikasına qədər bütün prosesi bir axında birləşdirən sistemdir.

TədbirBiletQR girişAnalitika

Bir tədbirin tam həyat dövrü

Hər mərhələ eyni sistemdədir; məlumat bir mərhələdən digərinə itkisiz keçir.

01

Tədbiri yarat

Məkan, tarix, cover, YouTube, bilet və ya oturacaq planını əlavə et.

02

Moderasiya

Yeni tədbir və dəyişikliklər admin təsdiqindən sonra yayımlanır.

03

Bilet sat

Müştəri məlumatını daxil edir; ödənişlidirsə ödəyir, pulsuzdursa qeydiyyatdan keçir.

04

QR bilet

SMS-də fərdi bilet linki gəlir və QR kod həmin iştirakçıya bağlanır.

05

Scan və giriş

Təşkilatçı şəxsi yoxlayır və “Girişə burax” etdikdə QR birdəfəlik bağlanır.

06

Data və satış

Auditoriya, satış, check-in və remarketing nəticələri növbəti tədbirə işləyir.

Bir QR = bir giriş

QR-ni sadəcə oxutmaq bileti yandırmır. Əvvəl iştirakçı məlumatı yoxlanır, sonra təşkilatçı girişi təsdiq edir.

Giriş təsdiqləndi

Maliyyə şəffaflığı

Təşkilatçı brüt satışı, refund-u, platforma komissiyasını, ödəniş emalını, ƏDV-ni və öz net gəlirini ayrıca görür.

Brüt satış100%
Komissiya / emal / vergiAyrıca göstərilir
Təşkilatçı netReal nəticə

Tədbir bitəndə data bitmir

QrTədbir-in əsas modeli: tədbir → auditoriya → data → remarketing → növbəti tədbir → yenidən satış. Keçmiş iştirakçı bazası təşkilatçının növbəti satış kanalına çevrilir.

Tədbir01Auditoriya02Data03Remarketing04 → yeni satış